Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tamaşası nümayiş olunub.
   Milli teatr günü münasibətilə təqdim olunan tamaşanın nümayişindən əvvəl Azərbaycan peşəkar teatr sənətinin 144 illik yoluna qısa nəzər salınıb. Bu tarixi prosesdə Musiqili Teatrın oynadığı roldan söz açılıb. 
   Daha sonra tamaşa təqdim edilib. Rejissor Elvin Mirzəyevin quruluşunda hazırlanan səhnə əsərinin bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Rolları əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Ülviyyə Əliyeva, Elxan İsmayılov və Mehriban Zalıyeva ifa ediblər. Tamaşanın bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.