Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının mədəniyyət müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Əlisoltan Sadıxov iştirak edib. 
   Müşavirəni giriş sözü ilə açan regional idarənin rəisi Elçin Hüseynov ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələrdən bəhs edib, regionlarda mədəniyyətimizin inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə məlumat verib.
   Nazirliyin məsul işçisi Əlisoltan Sadıxov çıxış edərək regional idarələrin qarşısında duran vəzifələrdən danışıb.