“www.RoomGuru.ru” hotel axtarışı servisi məktəblilərin yaz tətili günlərində uşaqlarla səyahət və istirahət üçün populyar turizm istiqamətlərini müəyyən edib. Reytinq 2017-ci il martın 25-dən 31-dək hotel və apartament bronları üzrə hazırlanıb. “TurStat” agentliyinin məlumatına görə, 2017-ci ildə rusiyalıların uşaqlarla xaricə səfəri keçən illə müqayisədə 10 faiz artıb.
   Bakı məktəblilərin tətil günlərində rusiyalıların ailəvi istirahət etdikləri şəhərlərin ilk onluğuna daxildir. Praqa, Tallin, Minsk, Budapeşt, Barselona, Vyana, Roma, Zaqreb və Paris şəhərləri də bu onluqda yer alıb. “RoomGuru.ru” servisinin məlumatına görə, turistlər Bakıda ailəvi istirahət üçün sutkada, hoteldə qalmaq, nahar etmək və muzeyə getmək haqqı daxil olmaqla, orta hesabla 85 dollar xərcləyəcəklər.