Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Bərdə Turizm İnformasiya Mərkəzi ilə birlikdə bölgənin turizm imkanlarının öyrənilməsi və tanıdılması mövzusunda təlim-tədbir keçirib.
   Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Ceyhun İsmayılzadə kənd turizminin əhəmiyyətindən danışaraq bu sahənin bölgəyə verə biləcəyi maddi və mənəvi faydalarını, mahiyyətini iştirakçıların nəzərinə çatdırıb.
   Bərdə Turizm İnformasiya Mərkəzinin mütəxəssisi Əhliyyət Əliyev hər zaman öz aktuallığını saxlayan sağlamlıq turizmi haqqında çıxış edib. Qeyd edib ki, sağlamlıq turizmi sürətlə inkişaf edən turizm növünə çevrilib və bölgəmiz bu baxımdan zəngin təbii sərvətlərə malikdir. O, regional idarənin əhatə etdiyi şəhər və rayonların (Yevlax, Mingəçevir, Bərdə, Tərtər) ərazisindəki termal və müalicəvi əhəmiyyətli sulardan, bu mənbələrin gələcəkdə daha məqsədyönlü şəkildə tanıdılması üçün görüləcək işlərdən söz açıb. Tədbir müzakirələrlə davam edib.