Martın 11-də Səməd Vurğunun ev-muzeyində şair Fərhad Metenin xatirəsinə həsr olunan “Ömür - doğum günü hədiyyəmiz” adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın müəllifi gənc şair Fərid Hüseyndir. Kitabda Fərhad Mete gündəliyindən parçalar, haqqında deyilən fikirlər, şeirləri toplanıb.
   Təqdimat mərasiminə qatılan qələm sahiblərindən Səlim Babullaoğlu, Əyyub Qiyas, İbrahim İlyas, Cavanşir Yusifli, Rəbiqə Nazimqızı, Elnaz Eyvaz və başqaları Fərhad Metenin şeirlərini, onunla bağlı xatirələrini söyləyiblər. 
   Fərhad Mete 1976-cı ildə Sumqayıt şəhərində anadan olub. 2008-2009-cu illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıb. 2009-cu ildə Akif Səməd adına ədəbi mükafata layiq görülüb. 2009-cu il avqustun 13-də avtomobil qəzasında həlak olub.