Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya yerinə yetirilən aviareyslərə olduqca böyük tələbat var. Bu barədə Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, söhbət həm "Air Arabia", həm də "FlyDubai" aviaşirkətinin yerinə yetirdiyi reyslərə olan tələbatdan gedir. “Novruz bayramı ilə əlaqədar Körfəz ölkələrindən Bakıya 100 əlavə reysin yerinə yetirilməsinə icazə verilib", - deyə o bildirib.