Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi şuranın 2016/2017-ci tədris ilinin I semestr və payız imtahan sessiyasının nəticələrinə dair iclası keçirilib.
   Tədbirdə Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, Xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova, Biznes idarəçiliyi fakültəsinin dekan müavini Anar Mirzəyev və Apellyasiya komissiyasının sədri Qahirə Məmmədovanın məruzələri geniş müzakirə olunub. 
   Sonra universitetin rektor səlahiyyətlərini icra edən Eldar Aslanovun məruzəsi ətrafında fikir mübadiləsi aparılıb. Bəzi əlavə və düzəlişlər nəzərə alınmaqla ATMU-nun 2017-2020-ci illər üzrə strateji planının icrasına dair qərar qəbul olunub.
   Bundan başqa, Anar Eminovun ”Sosial sahəyə istiqamətlənmiş investisiya layihələrinin effektivliyi” mövzusunda yazdığı monoqrafiyanın çap olunması məqsədəuyğun hesab edilib. ATMU-nun dissertantı Sevinc Dadaşzadənin dissertasiya mövzusu təsdiqlənib.