Misirlə Azərbaycan arasındakı diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar bu ölkənin Altı Oktyabr Universitetində mədəniyyət festivalı təşkil olunub. Ölkəmizin Misirdəki səfirliyinin nümayəndələri tədbirdə iştirak ediblər.
   Festivalda təşkil edilən Azərbaycana məxsus guşədə ölkəmizin mədəniyyətinə, tarixinə, son illər əldə etdiyi nailiyyətlərə aid nəşrlər nümayiş olunub.
   Qonaqlar, universitetin müəllim və tələbə heyəti guşə ilə tanış olub, onlara Azərbaycan haqqında kitab və rəmzi hədiyyələr təqdim edilib.