Qazax rayon MKS-nin Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları Səməd Vurğun Poeziya evinin qarşısında “Açıq kitabxana” layihəsi çərçivəsində “Əziz oxucum! Bizi oxuyun!” adlı səyyar kitabxana xidməti təşkil edib. Burada bədii ədəbiyyat və kənd təsərrüfatına aid kitablar təqdim olunub.
   Filial müdirləri Tamam Cəfərova və Məktubə Qocayeva Azərbaycanda üzümçülüyün tarixi, kartof və onun becərilməsi üsulları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Onların bir qismi kitabxanaya üzv yazılıb, bu xidmətə görə razılıqlarını bildiriblər.