Tanınmış kinoşünas, ssenarist, rejissor, Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru, professor Aydın Dadaşov martın 15-də dünyasını dəyişib. 
   Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdamda anadan olub. 1972-ci ildə indiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Sonra Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb. 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib.
   Ömrünün sonuna qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq fakültəsinə rəhbərlik edib.
   Allah rəhmət eləsin.