“Sotheby's” hərrac evində müasir incəsənət əsərlərinin satışı keçirilib. Hərrac evinin saytında verilən məlumata əsasən, martın 8-də təşkil olunan hərracda alman rəssamı Gerhard Rixterin “Aysberq” (1982) əsəri hərracda 18 milyon funt sterlinqə satılıb. Rəssamın bu tablosu hərracda iştirak edən alıcıların böyük marağına səbəb olub və ən bahalı müasir incəsənət nümunəsi kimi tarixə düşüb. 
   Hərracda Rixterin daha iki rəsm əsəri 4,1 milyon və 3,98 milyon funt sterlinqə satılıb. 
   Qiymətinə görə ikinci bahalı əsər Jan Misel Baskinin “Birgözlü” tablosu (12 milyon funt sterlinq) olub. Üçüncü sırada olan Georq Bazelisin “Qırmızı bayraq” adlı rəsm əsəri 7,5 milyon funt sterlinqə müştərisini tapıb.
   Ümumilikdə müasir incəsənətə dair budəfəki hərracda satılan rəsmlərin toplam dəyəri 118 milyon funt sterlinq təşkil edib.

   İlona