Dördüncü ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında müxtəlif bölgələrimizə (ildə iki dəfə olmaqla) maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyanın sayca 7-ci mərhələsi 16-19 və 23-26 mart tarixində gerçəkləşib.
   Budəfəki tur-aksiya 6 istiqamət üzrə 84 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından 3300-dən iştirakçını əhatə edib. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 14 minə çatıb.  

  Fariz