Martın 30-da Turizm və Menecment Universitetində Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə elmi-praktik konfrans keçiriləcək. AMKA-dan bildirilib ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə milli mətbəxin yeri və restoran biznesinin rolu mövzusuna həsr edilmiş tədbir çərçivəsində kulinariya sərgisinin də açılışı nəzərdə tutulub.