Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa Müsabiqə Komitəsinin, İtaliyanın “Testene Art” Beynəlxalq Mədəniyyət Assosiasiyasının, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, C.Hacıyev adına 3 nömrəli musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Testene Art Baku” beynəlxalq incəsənət festival-müsabiqəsi keçirilib.
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) bildiriblər ki, yarışmada Musiqi sənəti fakültəsinin birinci kurs tələbələri Şərif Şərifov, İlqar Allahverdiyev, Ramazan İbadov və Nuru Göyüşov iştirak ediblər. 350-dək iştirakçının qatıldığı müsabiqədə Ş.Şərifov, R.İbadov birinci, İ.Allahverdiyev, N.Göyüşov isə ikinci yerə layiq görülüblər.
   Rusiyanın Əməkdar incəsənət xadimi, musiqişünas Qalina Preobrajenskaya müsabiqənin müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə aparıldığını, tədbirə müxtəlif ölkələrdən müxtəlif yaradıcı kollektivlərin dəvət olunduğunu söyləyib, iştirakçılara uğurlar arzulayıb.