Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Hüseyn Cavid. Pyeslər” kitabı nəşr olunub. Kitabda görkəmli şair və dramaturqun “Ana”, “Şeyx Sənan”, “İblis”, “Səyavuş” və “Xəyyam” pyesləri toplanıb. Pyeslər H.Cavidin 2005-ci ildə nəşr olunan beşcildlik “Əsərləri”ndən götürülüb. Yeni nəşrdə dramaturqun yazı dili və üslubu olduğu kimi saxlanılıb.
   Xalq yazıçısı Elçinin tərtibçisi və ön sözünün müəllifi olduğu kitab “Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib və Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalara paylanılacaq.