Əməkdar artist Firuz Xudaverdiyev martın 28-də dünyasını dəyişib. 
   Firuz Xudaverdiyev 1939-cu il iyulun 8-də Bakının Qobu kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.
   1976-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul olunub və bir çox tamaşalarda müxtəlif səpkili obrazlar yaradıb. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
   F.Xudaverdiyev həmçinin 20-dən çox film və televiziya tamaşasında (“Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın, mələyim” və s.) çəkilib.
   Mərhum doğulduğu kənddə dəfn edilib.
   Allah rəhmət eləsin.