Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi “Gözəl yurdumuzu uşaqkən gəzək” adlı yeni layihəyə start verib. Layihənin məqsədi şəhərin, eləcə də ölkənin maddi-mənəvi sərvətləri, tarixi abidələri, turizm potensialı haqqında əhalini məlumatlandırmaq, ekskursiyalar təşkil etməkdir.
   Layihə çərçivəsində ilk tədbir Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində baş tutub. “Abidələrə virtual səyahət” adlı tədbirdə şöbənin müdiri Yeganə Hüseynova azyaşlı oxuculara layihə haqqında məlumat verib.
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin aparıcı mütəxəssisi Ayişə Səfərli şəhərdə dövlət tərəfindən mühafizə olunan tarixi abidələr haqqında söz açıb, uşaqlarla intellektual-əyləncəli oyunlar keçirib.
   Uşaqlar şeirlər söyləyib, sonda Azərbaycan xalq nağıllarından ibarət cizgi filmi izləyiblər.