Muzey sərgi təşkil edib
   
   Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən 27 mart - Beynəlxalq Teatr Günü ilə əlaqədar “Park Bulvar” ticarət və əyləncə mərkəzində fond materialları əsasında “Teatr tariximizdən səhifələr” adlı sərgi təşkil edilib.
   Sərgidə müxtəlif illərdə teatrlarımızın səhnəsində uğurla oynanılan tamaşalardan 30-a yaxın afişa nümayiş olunur.
   Sərginin nümayişi 10 gün davam edəcək.