Lənkəranda 27 mart - Beynəlxalq Teatr Günü qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə teatrın direktoru Tofiq Heydərov çıxış edərək Beynəlxalq Teatr Gününün tarixindən, yaradıcı kollektivin keçdiyi inkişaf yolundan, gələcək perspektivlərdən söz açıb. 
   Bir neçə gün öncə yerli yazıçı Hafiz Mirzənin “Ay lolo və ya moskvalı gəlin” tamaşasının sənətsevərlərin ixtiyarına verildiyini diqqətə çatdıran direktor hazırda Rauf Ağayevin “Bir gecənin nağılı” və J.B.Molyerin “Jorj Danden” əsərləri üzərində də yaradıcılıq işlərinin davam etdirildiyini bildirib.
   Daha sonra kollektiv üzvlərindən bir qrupuna xatirə hədiyyələri verilib.
   Tədbirin sonunda Ələsgər Qurbanovun “Ceyranın ad günü” tamaşası teatrsevərlərə təqdim olunub.