Xaçmaz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində fəal oxucu Mərvin Məmmədovanın Novruz bayramı mövzusunda çəkdiyi rəsmlərdən ibarət “Arzumun sorağında” adlı sərgi keçirilib.
   Sərgidə müəllifin uşaq təxəyyülü ilə canlandırdığı bədii rəsmlər və Novruz bayramına aid personajlar əks olunub. Mərvin sərgiyə gələnlərə çəkdiyi rəsmlərin hər biri haqqında məlumat verib, gələcək arzularından bəhs edib. Tədbir iştirakçıları ona yaradıcılıq uğurları arzulayıblar.