Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində məşhur bakılı, dünya şöhrətli violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Rostropoviçin (1927-2017) 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
   Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları, digər qonaqlar iştirak ediblər.
   “Bakı solistləri” kamera ansamblının müşayiəti ilə L.və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi məktəbi şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının - Q.Qarayevin “İldırımlı yollarla” baletindən parça, Q.Hüseynlinin “İlk məhəbbət”, F.Allahverdiyevin “Tanqo”, S.Ələsgərovun “Tarantella”, Y.Bozzanın “Ariya”, P.Çaykovskinin “Qu gölü” baletindən “Rus rəqsi” və digər əsərlər səsləndirilib.