Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 2016-cı ildən "Wikipedia.org" elektron ensiklopediyasının özbək dilində Azərbaycana dair məlumatlarla zənginləşdirilməsi işi həyata keçirilir.
   Mədəniyyət mərkəzinin direktoru Samir Abbasovun bildirdiyinə görə, sözügedən məlumat bazasında ötən ilədək Azərbaycana dair özbək dilində məlumatlar demək olar ki, olmayıb.
   Bunu nəzərə alaraq Azərbaycan Mədəniyyət Mərkəzi sözügedən layihəyə start verib. Özbək dilinə tərcümə ediləcək materiallar müəyyənləşdirilib, sistemləşdirilib və tərcüməçi alimlərlə razılıq əldə olunub. Artıq tərcümə prosesinə başlanılıb.
   Layihə sayəsində internet istifadəçiləri Azərbaycana dair özbək dilində dolğun məlumat əldə edə biləcəklər.