Bakı Uşaq Teatrının direktoru, rejissor İntiqam Soltan yeni bir eksperimentə imza atıb. O, iki müxtəlif teatrda eyni tamaşaya quruluş verib. 6-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş “Kələkbaz” komediyası Bakı Uşaq Teatrında və Ağdam Dövlət Dram Teatrında təhvil verilib. Layihədə məqsəd teatrlar arasında təcrübə mübadiləsinin aparılmasıdır. Belə ki, eyni tamaşanın eyni quruluşda hazırlanması nəticəsində hər iki teatrın aktyorları bir-birini əvəzetmə yolu ilə həmin tamaşada oynaya bilərlər. Bu təcrübənin digər region teatrları ilə də aparılması nəzərdə tutulur.