Azərbaycan Hərb Tarixi Muzeyində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Tarixin qanla yazılmış yaddaşı” adlı elmi konfrans keçirilib.
   Konfransda Müdafiə Nazirliyinin, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, Hərbi Akademiyanın, veteran təşkilatlarının, şəhər muzeylərinin nümayəndələri iştirak edib.
   * * *
   Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycanlıların soyqırımı gününə həsr olunan konfrans keçirilib. Tədbirdə rayon Mədəniyyət mərkəzinin direktoru V.Mehdiyev, MKS-nin direktoru İ.Namazova, Heydər Əliyev Mərkəzinin direktoru L.Cəlilova və digər çıxış edənlər tariximizin bu acı səhifəsindən söz açıblar.
   * * *
   Xaçmaz rayon Xudat şəhər 33 saylı uşaq kitabxana filialı şəhər Uşaq yaradıcılıq mərkəzində “Azərbaycanlıların soyqırımı gününü unutmayaq” adlı anım günü keçirib. Tədbirdə 1918-ci ildə xalqımıza qarşı həyata keçirilən kütləvi qırğınlardan bəhs edilib. Kitabxananın fəal oxucuları vətənə və şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.