Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri, 189-190 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri və kitabxana kollektivi iştirak edib. 
   Tədbirdə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımından söhbət açılıb. Xaqani İsmayılın erməni vandalizmindən, işğalçılıq, irqçilik siyasətindən bəhs edən və tarixi faktlara əsaslanan “Erməni məsələsi” və türk-müsəlman soyqırımı” (azərbaycanca, ingiliscə), “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” (ingiliscə, rusca) kitablarının təqdimatı olub. Mövzu ilə bağlı kitab sərgisinə baxış keçirilib.
   
   * * *
   Səbail rayon MKS-nin 1 saylı filialında Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib. MKS-nin 1 saylı filialının müdiri Gülşən Abbasova, MKS-nin direktoru Nüşabə Ələkbərova, H.Sarabski adına Mədəniyyət evinin direktoru Tərlan Akçay, Nəsimi rayon MKS-nin 3 saylı filialının müdiri Dilşad Məmmədova, Tibb Universitetinin iraqlı müəllimi doktor Qalib və digər çıxış edənlər 1918-ci ildə ermənilərin törətdikləri soyqırımı haqqında fikirlərini bildiriblər.