Azərbaycanlı opera müğənnisi, Əməkdar artist, 2009-cu ildən Rusiyada Böyük Teatrın solisti kimi fəaliyyət göstərən Dinara Əliyevanın təşəbbüsü ilə “Opera Art” II Beynəlxalq musiqi festivalı keçirilir.
   Aprelin 6-da “Opera Art” festivalı çərçivəsində P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında Cüzeppe Verdinin “Trubadur” operasının konsert ifası olub.
   Festivalın və Moskva Dövlət Konservatoriyasının saytlarında yer alan məlumata görə, “Trubadur” operası Dinara Əliyeva (soprano), Murad Qaraxan (tenor), Olesya Petrova (metso-soprano) və Enxbatın Amartuvşinin (bariton) ifasında təqdim olunacaq. Onları Y.Kolobov adına “Novaya opera” Moskva teatrının orkestri və “Xor ifaçılığı ustaları” Böyük Akademik Xorun kollektivi müşayiət edəcək.
   “Opera Art” musiqi festivalı aprelin 13-də başa çatacaq.