Xaçmaz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi Beynəlxalq uşaq kitabı günü münasibətilə Xaçmaz şəhər 3 saylı uşaq bağçasında “Nağılların sehrində” adlı oxu saatı keçirib. Uşaq şöbəsinin işçisi Məlahət Mərdanova H.Andersenin nağılları haqqında uşaqlara məlumat verərək, onun “Çirkin ördək balası” əsərini oxuyub. 
   Mərkəzi kitabxananın Uşaq şöbəsi şəhər 6 saylı Uşaq bağçasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də “Sirli-sehrli nağıllar” adlı oxu saatı keçirib. 
   Şöbənin işçisi Xalidə Yarəliyeva uşaqlara “Şir və siçan”, Q.İsaoğlunun “Hamıdan qəşəng” adlı nağıllarını oxuyub. Bağçada səyyar kitab fondu da təşkil edilib. 
   * * *
   Quba MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsinin oxu zalında “2 aprel Beynəlxalq uşaq kitabı günüdür” başlıqlı səhərcik keçirilib. Kitabxananın şöbə müdirləri Zərəfşan Yasinova və Rima Seyfullayeva danimarkalı uşaq yazıçısı Hans Kristian Andersenin adı ilə bağlı olan əlamətdar günün tarixindən söz açıb, XIX-XX əsrlər Azərbaycanda uşaq ədəbiyyatının inkişafından bəhs ediblər.
   Şəhər 1, 2, 5 saylı tam orta məktəblərin şagirdləri şeirlər, “Robinzon Kruzo”, “Qulliverin səyahəti” romanlarından parçalar səsləndiriblər.