Gürcüstanda “Qamarcoba, Tbilisi. Bahar 2017” adlı üçüncü beynəlxalq yaradıcılıq festivalı keçirilib. İnstrumental ifaçılıq nominasiyası üzrə müsabiqədə 6 ölkədən 46 ifaçı iştirak edib. 18 yaşdan yuxarı qrupda müsabiqəyə qatılan Azərbaycanı Milli Konservatoriyanın II kurs tələbəsi Orxan Zeynalov S.Ələsgərovun “Daimi hərəkət” və Pailaşvilinin “Lerkeri” əsərlərini məharətlə ifa edərək I dərəcəli diplomla təltif olunub. Münsiflər O.Zeynalov və onun konsertmeysteri - gənc pianoçu Nərmin İsgəndərovanı bu il Sankt-Peterburqda keçiriləcək müsabiqəyə dəvət ediblər.