“Günay” uşaq teatr-studiyası Gürcüstana səfərdən - Vaxtanq Çabukianinin IV Beynəlxalq festival-müsabiqəsindən qayıdıb. Martın 31-dən aprelin 2-dək Tbilisi Dövlət Universitetində keçirilən festival-müsabiqəyə ölkəmizdən “Təbəssüm” ansamblı da qatılıb. 
   “Günay” teatrı festivalda kiçik və böyük yaş qruplarında təmsil olunub. Balacalardan ibarət qrup festivalda “Afrika” və “Fin polkası” rəqslərini, böyüklərdən ibarət qrup Üzeyir Hacıbəylinin musiqisinə “Dəsmalla rəqs”, “Nəlbəki” və “Moldovan” rəqslərini təqdim ediblər. Rəqslərə istedadlı xoreoqraf Günəş Talıbova quruluş verib. “Solo” nominasiyasında Keren Anoxina Fərid Kazakovun quruluşunda “Könül” adlı rəqslə çıxış edib. 
   “Günay” uşaq teatr-studiyası festivalın diplomları və “Ən yaxşı işə görə” kuboku ilə mükafatlandırılıb. Teatrın solisti Keren Anoxina laureat adına və medallara layiq görülüb.