Qadınların çəkdiyi və qadınlara həsr olunan filmlər nümayiş olunacaq
   
   28 aprel - 4 may tarixlərində Bakıdakı Nizami Kino Mərkəzində Böyük Britaniya Şurası (British Council) ilə birgə təşkil edilən “Britaniya film baharı” festivalı çərçivəsində qadınların çəkdiyi və qadınlara həsr olunan 6 film nümayiş olunacaq. Filmlər ingilis dilində nümayiş olunacaq, "Yetkinlik həyatının bacarıqları" filmi isə Azərbaycan dilində altyazılarla təqdim ediləcək.
   “Britaniya film baharı” festivalı çərçivəsində ekran əsərlərinin nümayişi ilə yanaşı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və “Nərimanfilm” kino şirkəti ilə birgə ssenari müəllifləri üçün seminar təşkil olunacaq. Britaniyalı mütəxəssis, "Yetkinlik həyatının bacarıqları" filminin ssenari müəllifi Pol Freyzer 24-28 aprel tarixində Nizami Kino Mərkəzində ssenaristlər üçün təlim keçəcək. 
   
   L.Azəri