17-28 may tarixində keçiriləcək 70-ci Kann Beynəlxalq Film Festivalının siması məşhur italiyalı aktrisa Klaudiya Kardinalenin 1959-cu ilə aid fotosu seçilib. Aktrisanın həmin ilin fotosesiyasından (rəqs edən Klaudiya) götürülən fotosu festivalın rəsmi baxış posterində əks olunub. 
   Festival təşkilatçıları ehtiraslı qırmızı və parlaq qızılı rəng çalarlarından ibarət bir bayram vəd edirlər. 
   Aktrisa foto seçimindən məmnunluğunu və bunun onun üçün böyük bir şərəf olduğunu bildirib.
   Kann Beynəlxalq Film Festivalının posterləri həmişə böyük marağa səbəb olur. Müxtəlif vaxtlarda bu plakatlarda İnqrid Berqman, Marçello Mastroyanni, Merlin Monro, Jon Vudvord və Pol Nyumon kimi məşhur aktyorların simaları nümayiş olunub. Klaudiya Kardinale Kann festivalında öncə də bir neçə dəfə iştirak edib. 
   Builki festivalın münsiflər heyətinin rəhbəri ispan rejissoru Pedro Almodovar təyin edilib. Mərasimin açılış və bağlanışı aktrisa Monika Belluççiyə həvalə olunub. Festivala qatılan filmlərin siyahısı aprelin 13-ü açıqlanacaq.
   
   İlona