Aprelin 14-də Xəzər Universitetinin “Dünya” konsert salonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professoru, Xalq artisti, tanınmış tarzən Ramiz Quliyevin 70 illiyi ilə bağlı görüş keçiriləcək. Tədbirdə “Ramiz Quliyevlə üz-üzə” adlı konsert proqramı təqdim olunacaq. Konsertdə tarzəni universitetin kamera orkestri müşayiət edəcək.