Aprelin 14-də Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi olan musiqili-ədəbi gecə keçiriləcək. XIX əsr görkəmli Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin yaradıcılığına həsr edilən gecədə ADMİU-nun müəllim və tələbə heyəti çıxış edəcək. 
   Muğam və qəzəlin sintezində tamaşaçılar Əməkdar artist, baş müəllim Teyyub Aslanov və Xalq artisti Simarə İmanovanın ifası və tələbələrinin çıxışlarını izləmək imkanı qazanacaqlar. Gecənin bədii qiraət hissəsində isə səhnəni universitetin müəllimi, Əməkdar artist Azad Şükürov öz tələbələri ilə bölüşəcək. İfaçıları əməkdar artistlər Əliağa Sədiyev və Toğrul Əsədullayev müşayiət edəcək. 
   
   Lalə