Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşı Dolores Bəymuradova uzunmüddətli, səmərəli fəaliyyətinə görə və 80 illik yubileyi münasibətilə teatrın rəhbərliyi tərəfindən mükafatlandırılıb. 
   Dolores Bəymuradova 1961-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında işləməyə başlayıb. Kontrabas ifaçısı olan xanım teatrın cari repertuarında yer alan tamaşaların böyük əksəriyyətində çıxış edir. Yaşının bu çağında da müqavilə əsasında çalışmağa davam edir.
   Teatrın kollektivi onu 80 illiyi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
   
   Lalə