Rumıniyanın “Agepres” milli xəbər agentliyi aprelin 10-da Bakıda başlanan ilk Şopinq festivalı barədə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən hazırlanmış mətbuat üçün açıqlamanı yayıb. Dərc olunan materialda festivalın təşkilatçıları, tarixi, məqsədi, festival zamanı keçiriləcək mərasimlər, turistlərin xüsusi maraq göstərdiyi “Tax Free” sistemi barədə məlumat verilib.