Aprelin 18-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Kainat” Gənclik Mərkəzinin keçirdiyi İslam dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) VI Beynəlxalq müsabiqəsinin seçim turlarına başlanılacaq.
   Müsabiqə İSESCO-nun və Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər Nazirliyinin iştirakı, Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.
   Qaliblərin mükafatlandırılması və müsabiqənin qala-konserti aprelin 20-də Bakı Musiqi Akademiyasında təşkil olunacaq.