Qazax rayon MKS-nin N.Nərimanov qəsəbə kitabxana filialında böyük şair, gözəllik və məhəbbət nəğməkarı Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş ədəbi kompozisiya keçirilib. 
   2 saylı Folklor evinin kollektivi, 5 saylı orta məktəbin şagirdləri, fəal oxucuların iştirak etdikləri tədbirdə filialın multimedia üzrə mütəxəssisi Firuzə Vəliyevanın şairin yaradıcılığı, Vaqif lirikası barədə məruzəsi dinlənilib.
   Filialın müdiri Siddiqə Qələndərova, Folklor evinin metodisti Nəzakət Piriyeva və başqaları çıxış ediblər. Fəal oxucular şairin qoşma və təcnislərini söyləyiblər.