Rusiyada informasiyanı 100 min ildən çox saxlaya biləcək “əbədi” disk istehsal olunacaq.
   Od, su və kosmik radiasiyaya dayanıqlı olan disklərin hazırlanmasına 2021-ci ildə start veriləcək.
   Tədqiqat qrupunun rəhbəri İvan Qlebovun sözlərinə görə, informasiyanın yazılması və oxunması prinsipinin hazırlanmasına, həmçinin yazılan materialın seçilməsinə 2015-ci ildə başlanılıb.
   Yeni disklərin əsas istifadəçiləri informasiyanın saxlanılmasının xüsusi əhəmiyyət kəsb etdiyi qurumlar (arxivlər, muzeylər, kitabxanalar, dövlət strukturları, ordu, banklar) olacaq. İ.Qlebovun fikrincə, “əbədi” disklərə informasiya texnologiyaları şirkətləri tərəfindən də böyük tələbat olacaq.