Vaqifin 300 illik yubileyinə həsr olunmuş aşıq konserti
   
   Böyük şair Molla Pənah Vaqifin (1717-1797) 300 illiyi ilə bağlı dövlət başçısının müvafiq sərəncamına əsasən, əlamətdar yubiley ölkəmizdə geniş tədbirlərlə qeyd ediləcək. Söz ustadının 300 illiyi UNESCO səviyyəsində də qeyd ediləcək.
   Azərbaycan Aşıqlar Birliyi də bu münasibətlə tədbirlər planı hazırlayıb. Qurumun katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, may ayının birinci ongünlüyündə Azərbaycan Dövlət Filarmoniyasında “Molla Pənah və aşıq sənəti” mövzusunda ədəbi-bədii proqram və aşıq konsertinin keçirilməsi nəzərdə tutulub. 
   Konsert proqramında Vaqifin qoşma və gəraylıları, gözəlləmələri, deyişmələri saz havaları üstündə oxunacaq, Vaqif poeziyası ruhunda sonrakı dönəm aşıqların yaratdıqları dastanlardan parçalar və aşıq mahnıları teatral şəkildə təqdim olunacaq.