Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Sabirabad rayon M.Ə.Sabir adına Mərkəzi kitabxanada “Oxucu kafesi” fəaliyyət göstərir. Oxucuların kitaba və kitabxanaya olan marağını, mütaliəyə həvəsini artırmaq məqsədilə təşkil edilən bu məkanda kitab təqdimatları, şeir gecələri də keçirilir. Onlar yaradılan şəraitdən razı qaldıqlarını bildirərək “Oxucu kafesi”nə həvəslə gəlirlər.
   Layihə kitabı gənc nəsillərə sevdirmək, kitabsevərlər üçün əlverişli şəraitin yaradılması, kitabxanaya daxil olan yeni kitablar haqqında mütəmadi olaraq məlumatların verilməsi oxucuların cəlb olunması istiqamətində görülən vacib işlərdəndir.