Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən 9-20 aprel tarixində akademiyanın müxtəlif ixtisasları üzrə təhsil alan I kurs magistr tələbələri ADMİU-da elmi təcrübə keçirlər.
   Tələbələr ADMİU-nun Kitabxana və informasiya mərkəzində, Azərbaycan Milli Kitabxanasında və Azərbaycan Milli İncəsənət Muzeyində məlumatlar əldə edib, universitetin professor-müəllim heyətinin dərslərində elmi təcrübə keçərək, müxtəlif mövzular üzərində müzakirələr aparıblar.
   Tələbələrin Bakıya səfəri çərçivəsində elmi təcrübə ilə yanaşı mədəni proqram da təşkil edilib. Onlar paytaxtın tarixi-mədəni məkanlarını ziyarət edib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında tamaşa və konsertləri izləyiblər.