Şəhəri velosipedlə gəzib tanımaq imkanı
   
   Bakı Turizm İnformasiya Mərkəzi şəhərə gələn turist və xarici qonaqlara müxtəlif xidmətlər təşkil edir. Turizm sahəsində xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə mərkəz əlavə olaraq turist və xarici qonaqların müraciətlərini nəzərə alaraq, velosipedlərin icarə təklifini ekskursiya xidmətlərinə əlavə edib. 
   Velosipedləri 16 yaşından yuxarı olan hər bir turist istifadə edə bilər. İstifadəçilərə paytaxtın turizm məkanları haqqında və maraq doğuran müxtəlif tarixi və mədəni marşrutlarla bağlı məsləhətlər də verilir.