“Bakı Caz Festivalı 2017” gənc caz ifaçılarının müsabiqəsini elan edir. Bu barədə məlumat festivalın rəsmi saytında və “facebook” səhifəsində yer alıb.
   Hər hansı alətdə “jazz”, “blues”, “world music” üslubunda çalan və ya oxuyan, yaşı 30-dək gənclər festivalda iştirak edə bilərlər. Müsabiqə iştirakçıları festivalın bütün konsertlərinə, ustad dərslərinə və digər tədbirlərə sərbəst giriş imkanı, “Bakı Caz Festivalı 2017”də iştirak hüququ qazanacaqlar. Həmçinin qalibləri mükafatlar gözləyir.