Aprelin 19-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın mühacir şairi Almas İldırımın 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
   “Vətən həsrətli mühacir şair” adlı tədbirdə şair Oqtay Rza, şairə-publisist Nəcibə İlkin, Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti, Yasamal rayon MKS-nin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
   Yasamal rayon MKS-nin direktoru Vəfa Quliyeva və digər çıxış edənlər Almas İldırımın ömür yolundan və yaradıcılığından danışıblar. Tədbir bədii hissə ilə davam edib.