Sabirabad rayon Mədəniyyət mərkəzində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirilib.
   İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov, “Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və digər çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən və hərbçilərə göstərilən dövlət qayğısından danışıblar. 
   Sonra vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, Mədəniyyət mərkəzinin A.İsgəndərov adına Xalq teatrı və teatrın nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatr qrupu və N.Gəncəvi adına orta məktəbin özfəaliyyət kollektivlərinin iştirakı ilə mədəni proqram təqdim olunub.