Dövlət Səs Yazıları Arxivinin “qızıl fondu”nda mühafizə edilən valların bir qismi XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid olan qurğularda yazılıb.
   Milli Arxiv İdarəsindən bildirilib ki, fondlarda 1902-1914-cü illərdə Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən səsyazma şirkətləri tərəfindən Azərbaycanın klassik xanəndələrinin səsləri yazılmış 1600-ə qədər nadir qrammofon valları mühafizə edilir. Valların köçürülməsi, bərpası və elektron variantda sığorta nüsxələrini hazırlamaqdan ötrü onlara uyğun avadanlıqların olması çox vacibdir.
   XIX yüzilliyin ikinci yarısından başlayaraq istehsal edilmiş belə cihazların nümunələri arxivdə saxlanılır və iş prosesində onlardan geniş istifadə edilir.