Sahiblərə bahalı avtomobillər hədiyyə ediləcək
   
   Axaltəki atları arasında beynəlxalq gözəllik müsabiqəsi 2017-ci il aprelin 29-da Aşqabadda keçiriləcək.
   Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun müvafiq sərəncamına əsasən 2017-ci ilin ən gözəl Axaltəki atı bu il aprelin 30-da qeyd olunacaq “Türkmən atı bayramı” ərəfəsində seçiləcək.
   İlin ən gözəl atının sahibi ölkə başçısı tərəfindən “Toyota”, “Land Cruiser”, “Prado”, “Mercedes-Benz ML 350” və başqa bahalı avtomobillə mükafatlandırılır.
   Prezident Qurbanqulu Berdiməhəmmədov Axaltəki cinsinin mahir bilicilərindəndir və ölkədə atçılığın inkişafını şəxsən himayə edir.