Britaniyanın Kino və Televiziya Sənəti Akademiyası (The British Academy of Film and Television Arts - BAFTA) builki televiziya mükafatlarına nominantların siyahısını açıqlayıb. 
   Mükafatın təqdimat mərasimi 14 mayda Londonda keçiriləcək. Mərasimin aparıcısı britaniyalı aktrisa və yazıçı Syu Perkins olacaq.
   Mərasimdə 25 nominasiya üzrə 100-ə yaxın televiziya filmi mübarizə aparacaq. 
   Britaniya kraliçası II Yelezavetaya həsr olunmuş «Tac» serialı beş nominasiya üzrə mükafata iddialıdır. 
   Mərasimdə «Gecə inzibatçısı», «Hərb və sülh», «Flibeq», «Xoşbəxt vadi» seriyaları müxtəlif kateqoriyalar üzrə təqdim olunacaqlar.
   Ən yaxşı aktyor nominasiyasına Kler Foy, Jon Litqou, Jared Xarris, Benedikt Kamberbeç, Oliviya Kolman, Stiv Kuqan iddialıdırlar.
   Beynəlxalq nominasiyalar üzrə «Bir gecə», «Amerikanın cinayət tarixi: xalq O.Jey Simpsona qarşı», «Çox qəribə işlər», «Aşkar» serialları təqdim olunub. 
   
   İlona