Mayın 2-də Bakı Biznes Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət və Turizm nazirliklərinin təşəbbüsü və dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə tələbə və məzunların turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasına kömək göstərilməsi məqsədilə “Karyerada ilk addım” adlı tədbir keçiriləcək.
   Tədbirdə ölkədə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və aidiyyəti müəssisələr tərəfindən vakant iş yerləri və karyera planları haqqında məlumatlar təqdim ediləcək.