Praqanın məşhur “Lucerna” kinoteatrında rejissor Elçin Musaoğlunun “Nabat” filmi nümayiş etdirilib. Filmin nümayişi Çexiyada fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə “Qafqaz: insanlar və müharibə” kampaniyası çərçivəsində baş tutub.
   Ölkəmizin Çexiyadakı səfirliyindən bildirilib ki, tədbirdə yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak edib. Zalın girişində tamaşaçılara Ermənistan-Azərbaycan münaqişəsinə dair kitab və broşürlər paylanılıb.